IX siniflərdə diaqnostik imtahan
14 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublkası Təhsil Nazirliyi tərəfindən məktəbimizin IX siniflərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə növbəti diaqnostik qiymətləndirmə keçirildi. Diaqnostik imtahanın keçirilmə tələblərinə uyğun olaraq məktəbin direktoru Azər Həsənov tərəfindən komissiya təşkil edildi və imtahan nəzarətçiləri təyin edildi. Şagirdlərin imtahanda yüz faiz iştirakı təmin olundu. Onlar tam obyektivlik şəraitində “Təlimat”a uyğun olaraq müvafiq vaxt ərzində sualları cavablandırdılar. İmtahan başa çatdıqdan sonra siniflər üzrə protokollar və cavab kartları məktəb rəhbərinin təyin etdiyi məsul şəxs tərəfindən kurator məktəbdən gələn nümayəndəyə təhvil verildi.