Şagirdlərdə intellektual səviyyənin yüksəldilməsi

13.12.2019-cu il tarixdə məktəbimizdə “İntellektual səviyyənin yüksəldilməsi yolu ilə şagirdlərin dünyagörüşlərinin təkmilləşdirilməsi, onlarda cəmiyyət hadisələrinə sağlam və obyektiv münasibətin yaradılması” mövzusuna həsr olunan dəyirmi masa keçirildi. Dəyirmi masanın təşkilatçıları – məktəbin psixoloqu Lalə Bayramova və ingilis dili müəllimi Aynur Sarıyeva mövzu ətrafında geniş məruzə ilə çıxış etdilər. Çıxışlarda şagirdlərin intellektual səviyyəsinin inkişafına müsbət təsir göstərən amillərdən bəhs etdilər. Bu amillər içərisində mütaliə mədəniyyətinin formalaşdırılmasının böyük əhəmiyyəti olduğu qeyd edildi. Şagirdlərin dünyagörüşünün təkmilləşdirilməsi istiqamətində məktəbimizdə müntəzəm olaraq təşkil edilən tədbirlərin onların mənəvi cəhətdən sağlam ruhda böyümələri üçün böyük stimul olduğu vurğulandı. Müzakirələrdə fəal iştirak edən şagirdlər geniş fikir mübadiləsi apardılar. Dəyirmi masada intellektual səviyyənin yüksəldilməsinə nail olmaq məqsədi ilə maarifləndirici videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi