Heydər Əliyev irsinin öyrədilməsi

10-11 dekabr 2019-cu il tarixlərdə məktəbimizdə Ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi ilə əlaqədar XI sinif şagirdlərinin iştirakı ilə dərslər təşkil edildi. Mərkəzləşmiş qaydada təşkil edilən dərslər ölkəmizin dövlət quruculuğu prosesində ümummilli liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılması, dövlətçilik siyasəti, azərbaycançılıq məfkurəsinin öyrənilməsi məqsədi daşıyırdı. Görkəmli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dəsrlərdə məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Məlahət Osmanova ətraflı məruzə ilə çıxış etdi. Qeyd etdi ki, xalqımız qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Heydər Əliyev mənalı həyat yolu, zəngin və çoxşaxəli tükənməz ibrət məktəbidir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə dahi şəxsiyyətin uzaqgörənliyi, müdrikliyi sayəsində yüksələ bilmişdir. Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslərin təşkil edilməsi şagirdlərin milli-mənəvi dəyərlərə malik, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi