Heydər Əliyev yolu xalqımızın azadlıq tarixidir

10.12.2019-cu il tarixdə məktəbimizdə Ulu öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Heydər Əliyev yolu xalqımızın azadlıq tarixidir” adlı tədbir keçirildi. Tədbirdə Ulu öndərin bənzərsizliyi, müdrikliyi, uzaqgörənliyi, titanik fəaliyyətinə görə dünyanın nüfuzlu, sayseçmə siyasətçiləri ilə bir sırada özünə əbədi olaraq yer qazanması vurğulandı. Xüsusilə qeyd olundu ki, müasir Azərbaycan məhz onun – Heydər Əliyevin şah əsəridir və onun əsasını qoyduğu bu siyasət prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Çıxışlarla yanaşı şagirdlərin ifasında Ulu öndərə ithaf olunmuş şeir və musiqi parçalarının səslənməsi, Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxların nümayiş olunması tədbirə xüsusi rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi