Nağıl saatı

10 dekabr 2019-cu il tarixdə məktəbimizin IV b sinfində kitabxana xətti ilə kitabxana müdiri Gülçöhrə Mirzəyeva, kitabxanaçı Şəhla Rəsulova və IV b sinfinin sinif rəhbəri Zeynəb Nəbiyeva tərəfindən növbəti “Nağıl saatı” təşkil edildi. Şagirdlərlə “Qızıl quyruqlu xoruz” nağılı üzərində qruplarla iş aparıldı. Müzakirə zamanı şagirdlərin fikirlərini sərbəst, aydın ifadə etmələrinə xüsusi önəm verildi. Şagirdlərdən Abdunova Fatimə, Məmmədzadə Fatimə, Mirzəyeva Gözəl, Qarazadə Fidan, Allahverdizadə İlkin nümunəvi cavabları ilə fərqləndilər. “Nağıl saatı”nın təşkil edilməsi şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, söz ehtiyatının zənginləşdirilməsi istiqamətində böyük əhəmiyyət daşıdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi