Hüquq pozuntuları normal həyatın pozulmasına aparan uçurumlu yoldur
03.12.2019-cu il tarixdə məktəbimizdə “Hüquq pozuntuları, hüquqa zidd hərəkətlər normal və sağlam həyatın pozulmasına aparan yoldur” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada çıxış edənlər hüquqa zidd davranış qaydaları barəsində iştirakçılara ətraflı məlumat verdilər. Qeyd etdilər ki, bu cür davranışlar cəmiyyətin, dövlətin və ayrı-ayrı şəxslərin mənafelərinə cavab vermir və onlara zərər vurur. İştirakçılar hüquq pozuntusu anlayışını xarakterizə edən əsas əlamətlərlə bağlı geniş fikir mübadiləsi apardılar. Cəmiyyət üçün ziyanlı nəticələrə səbəb olan davranış qaydalarına, hüquq pozuntularına həsr olunan videoçarxlar nümayiş etdirdilər.