1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü birincilərin təqdimatında

İyunun 1-də məktəbimizdə  "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" birinci siniflərin təqdimatında qeyd olundu. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra çıxış üçün söz məktəbin direktoru Y.Quliyevə verildi. O, bu günün qeyd olunması ilə bağlı tarixi faktlardan danışaraq qeyd etdi ki, ilk dəfə 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan  Beynəlxalq Konfransda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və elə bu tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Məktəbin direktoru birincilərin timsalında bütün uşaqları bayram münasibətilə təbrik etdi və onlara aydın səma altında xoş günlər arzuladı.

Sonra birinci sinif şagirdləri öz proqramları ilə çıxışlar etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi