Müəllim və şagirdlərimiz təftif edildi

1 may 2018-ci il tarixində məktəbimizin bir qrup  müəllim və şagirdi məktəb rəhbərliyi tərəfindən təltif edilib. Məktəbin fəaliyyət planına uyğun müxtəlif tədbirlərdə fəallığı ilə seçilən, o cümlədən idman yarışlarında yüksək nəticələr əldə edən  şagirdlərimizə təşəkkürnamə və diplomlar təqdim edilib.  

26.04.2018-ci il tarixində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan "Oxu günü" tədbirində fərqlənmiş müəllim və şagirdlərə də təşəkkürnamələr təqdim edildi. Təqdimetmə mərasimində çıxış edən məktəbin direktoru Yasin Quliyev müəllim və şagird kollektivinə gələcək fəaliyyətlərində daha yüksək uğurlar arzuladı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi