Ekskursiya təşkil olunub

Coğrafiya fənn aylığı çərçivəsində 13 fevral 2025 tarixində 8b sinif şagirdləri Coğrafiya müəllimi Ramilə Məmmədlinin təşkilatçılığı ilə Palçıq vulkanları turizm kompleksinə ekskursiyaya yollandılar.
Azərbaycan təbiətinin incisi sayılan Palçıq vulkanlarını görmək,onların mənşəyi barəsində məlumat almaq, Azərbaycanın ən hündür palçıq vulkanı olan Torağay(402m) haqqında məlumat almaq şagirdlər üçün maraqlı təcrübə oldu.
Şagirdlər bununla yanaşı kompleks ərazisində mövcud olan muzeydəki süxur nümunələri və Azərbaycan flora və faunasına daxil olan nadir nümunələrlə yaxından tanış oldular.