Şəhidlər Xiyabanı - qürur ünvanımız
3c sinif şagirdləri 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad etmək üçün sinif müəllimləri Gövhər Əliyevanın rəhbərliyi ilə Şəhidlər Xiyabanına gediblər. Onlar şəhidlərimizin xatirəsinə inşa edilmiş lövhələr qarşısında dayanaraq şeirlər , bayatılar səsləndiriblər.Müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.
35 ildir ki, hər bir azərbaycanlının and yerinə, qürur ünvanına çevrilmiş bu müqəddəs məkanda uyuyan şəhidlərin rəşadət və qəhrəmanlığına görə müstəqil Azərbaycan yaşayır, illər ötdükcə isə onun müstəqilliyi daha da dönməz və sarsılmaz olur.