3f SİNFİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB
Tədbirlər Planına əsasən məktəblilərin Şəhidlər xiyabanına təşkil olunan ziyarətləri böyük əhəmiyyət daşıyır. Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik hisslərinin onlara düzgün aşılanmasında məktəbin rolu əvəzsizdir.
Bu məqsədlə 3f sinif şagirdləri sinif rəhbəri Südabə Şükürovanın başçılığı ilə 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib. Şagirdlər bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri düzüblər.
Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.