20 Yanvar-Ümumxalq Hüzn Günü

     17 yanvar 2025-ci il tarixində 1f sinfində ibtidai sinif müəllimi Şabayeva İradə 20 Yanvar faciəsinin 35-ci  ildönümünə həsr olunmuş tədbir keçirib.
     Məqsəd şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsinə, onların layiqli vətəndaş kimi yetişməsinə xidmət edib.
     Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarovanın da iştirak etdiyi tədbirdə İradə müəllimə  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açıb.  Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs edib. Şagirdlər 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş divar qəzetləri, rəsmlər və ədəbi-bədii kompozisiyalar nümayiş ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi