QƏLBLƏRDƏ YAŞAYAN ULU ÖNDƏR
90 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Zülfiyyə Hacıyevanın başçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir təşkil olunub.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verilib. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.