Şəhid məzunumuz Əli Seyidovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə turnirdə qələbə qazanan şagirdimiz

     Məktəbin Şəhid məzunu Əli Seyidovun mövluduna həsr olunmuş Təhsil İdman 1 nömrəli məktəbin yeniyetmələr arasında açıq birinciliyində ağır atletika üzrə məktəbimizin 7c sinif şagirdi Kərimov Həsənağa yarışın qalibi olaraq l yer tutmuşdur. Uğur qazanan şagirdimizi təbrik edirik .

     Bildirək ki, Şəhidimiz Əli Seyidov ağır atletika idman növü  üzrə məşğul olmuşdur. 15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olmuşdur.
     Qeyd etmək lazımdır ki, kəşfiyatçı çavuş rütbəsində xidmət edən şəhid Seyidov Əli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovşanın azadlığı uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi