Şəhid mayor Vüsal Vəliyevin əziz xatirəsi anılıb

     Məktəbin sosial pedaqoqu Rəsmiyyə Quliyevanın təşkilatçılığı ilə Şəhid mayor Vüsal Vəliyevin doğum günündə əziz xatirəsi anılıb. Qeyd edib ki , bu gün  Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid mayor Vüsal Vəliyevin doğum günüdür. Şəhidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şagirdlər mayor Vüsal Vəliyevə həsr olunmuş şeirlər ,təqdimatlar səsləndiriblər.
     Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Şuşaya qədər şanlı döyüş yolu keçib. Noyabrın 9-da hərbi əməliyyatlar yerinə yetirən zaman qəhrəmancasına şəhid olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi