Vl siniflər üzrə monitorinq keçirilib
Mayın 19-da VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün monitorinq keçirilib. Qeyd edək ki,məktəbimiz mərkəzləşdirilmiş imtahan binası seçilib. 90 nömrəli məktəb şagirdləri ilə yanaşı 68,155,170,198,215 nömrəli tam orta məktəblərin Vl sinif şagirdləri də imtahanda iştirak edib.
Monitorinqlər VI siniflərində tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunur.
Monitorinqlərdə istifadə edilən qiymətləndirmə vasitələri VI siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanıb.
VI siniflərdə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edib.
Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır.Monitorinqdə ümumilikdə 300 minə yaxın məktəbli iştirak edəcək.Vl siniflərdə keçiriləcək imtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunub.