Ana Dilimizi qoruyaq
21 fevral -Beynəlxalq Ana dili Günü məktəbin 7"r" sinfində rus bölməsində müzakirə edilib. Azərbaycan dili müəllimi Allahverdiyeva Şura tədris dili digər dildə olan şagirdlər üçün Azərbaycan dilinin önəmindən danışıb.
Dərsdə coğrafiya fənninə inteqrasiya edərək Ana dilimizin yayılma əraziləri,Azərbaycan dilində danışan insanların yaşadığı bölgələr xəritə göstərilib.Şagirdlərdən Musayev Emin Ana dili haqqında maraqlı faktları sinif yoldaşları ilə bölüşüb.
Bəxtiyar Vahabzadənin "Ana dilim",X.R.Ulutürkün " Ana dilim", Şəhriyarın "Heydərbabaya salam" əsərləri səslənib. Dərs şagirdlərin marağına səbəb olub.