9-cu sinif valideynləri ilə görüş keçirilmişdir.

Bu gün məktəb rəhbərliyi ilə 9-cu sinif şagirdlərinin valideynlərinin görüşü keçirilmişdir. Görüşün əsas məqsədi 9-cu siniflərdə keçiriləcək imtahan mərhələləri və qaydaları barədə valideynləri təlimatlandırmaq idi. Görüşdə çıxış edən məktəbin direktoru Q.Qazıbəyova əvvəlcə bütün valideynlərin qarşıdan gələn bayramlarını təbrik etdi. Sonra 9-cu sinif şagirdləri üçün nəzərdə tutulan mərkəzləşdirilmiş imtahan qaydaları haqqında təlimatı izah etdi. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova çıxış edərək bildirdi ki, şagirdlərin imtahanda yüksək nəticələr göstərə bilməsi üçün məktəbdə hər cür şərait yaradılıb. Valideynləri məktəblə əlbir olub övladlarının təhsilinə daha da ciddi yanaşmağa çağırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi