HALLOWEEN qeyd olunmuşdur

Bu gün məktəbimizin ingilis dili müəllimlərinin təşkilatçılığı ilə HALLOWEEN bayram tədbiri təşkil olunmuşdu. Tədbirdə şagirdlər tərəfindən şeirlər səsləndirildi, bayramın mövzusuna aid səhnəciklər nümayiş etdirildi. Tədbirin aparıcısı 10B sinif şagirdi C.Cəfərova dünyanın müxtəlif ölkələri və Halloween bayramının keçirilməsi tarixi, eləcə də bu bayramın müxtəlif ölkələrin xalqları tərəfindən necə qeyd edildiyi haqqında qısa məlumat verdi. İngilis dilində ifa edilən mahnılar şagirdlər tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçıları həm də Halloween bayramının yalnız İngiltərə, Kanada, ABŞ, kimi ingilis dilli ölkələrdə deyil , həmçinin Almaniya, Fransa və digər qeyri ingilis dilli ölkələrin gənc nəsli tərəfindən qeyd edildiyini də öyrənmiş oldular. Tədbirin sonunda məktəbin direktoru Q.Qazıbəyova çıxış etdi. O, İngilis dili öyrənilməsinə marağının yüksəldilməsi yolunda şagirdlərin səylərini yüksək qiymətləndirdi və onların qazanılmış dil bacarıqlarını təqdir etdi. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova çıxış edərək bildirdi ki,ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Belə tədbirlər şagirdlərimizdə mulikultural tərbiyənin inkişafına müsbət təsir edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi