Unutmadıq,unutdurmarıq!

   Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək  hər kəsin vətəndaşlıq borcudur.
   Hər birimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını belə qurban verərək ən uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən bu Vətən övladları sonsuz ehtirama, sevgi və məhəbbətə layiqdirlər.

    Aprel döyüşləri zamanı mənfur erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan igid oğullarımızın əziz xatirəsi müəllimlərimizin şagirdlərə keçdiyi online dərslərdə ehtiramla anılıb. Onlar şəhidlərimizin həyat və döyüş yolundan fəxrlə danışıblar. Bildirilib ki, Vətən yolunda canından keçən mərd oğullarımızın əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi