Evdə qalırıq, dərsdən qalmırıq!

  Dünyada yayılmış koronavirus infeksiyası ilə əlaqədar ölkəmizdə xüsusi tədbirlər görülür ,bununla bağlı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb .
  90 nömrəli tam orta məktəbin müəllim kollektivi  ölkədə elan olunan izolyasiya tədbirlərinə qoşularaq şagirdlərə evdə qalmağa, evdə vaxtlarını kitab oxuyaraq, idman edərək keçirtməyə səsləyiblər.
  Məktəbimizin müəllimləri karantin rejimi başladığı müddətdən hər gün şagirdlərlə müxtəlif proqramlar vasitəsilə online əlaqə yaradır ,yeni mövzuları  izah edir, tapşırıqlar verirlər.
 Onlar şagirdlərin dərslərindən geri qalmamaqları üçün qrup şəklində online dərslər keçirir ,başa düşmədikləri mövzularda köməklik göstərirlər.  
  Bundan əlavə, müəllimlərimiz mütəmadi olaraq şagirdlərə Təhsil Nazirliyinin keçirdiyi teledərslərə diqqət etməyi,  “Dərs vaxtı”nda keçilən dərsləri öyrənməyi tövsiyə edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi