Məktəbin 10a sinif şagirdi Əli Zülfüqarov İqtisadiyyat müsabiqəsində uğurla iştirak edib və yüksək nəticə əldə edib. Şagirdimiz diplom və qiymətli hədiyyə-notebookla mükafatlandırılıb. Əlini və coğrafiya müəllimi Ramilə Məmmədlini təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində yüksək nəticə göstərərək finala çıxan 4a sinif şagirdi Ağalı Seyidrəsul Samir oğlu diplomla mükafatlandırılıb. Qeyd edək ki, sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur. Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Nəticələrə əsasən, I, II və III yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif edilib, digərlərinə isə iştirak sertifikatı təqdim olunub.