Pedaqoji Şura iclası keçirilib

    21 iyun 2025-ci il tarixində 90 nömrəli tam orta məktəbdə 2024–2025-ci tədris ilinin yekun Pedaqoji Şura iclası keçirilib. İclasda məktəbin direktoru Vələddin Nurəddinov gündəlikdə duran məsələlər haqqında geniş məlumat verərək tədris ilinin ümumi yekunlarını pedaqoji heyətlə birlikdə müzakirə edib.
    İclas zamanı şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, monitorinqlərin ümumi mənzərəsi, təlim və tərbiyə sahəsində görülmüş işlər geniş təhlil olunub. Məktəb üzrə şagird nailiyyətləri, psixoloji və tərbiyəvi fəaliyyətlərin təşkili, eləcə də cari məsələlər də gündəlikdə yer alıb.
     Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Alvina Cavadova, Günel Muradova, Sevinc Zaxarova və tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova çıxış edərək yay tapşırıqları, illik hesabatlar və qarşıda duran hədəflərlə bağlı fikirlərini bölüşüblər.
     İclasın sonunda bütün məsələlər üzrə Pedaqoji Şura qərar qəbul edib. Məktəb rəhbərliyi gələcək tədris ili ilə bağlı qarşıya qoyulan məqsədləri qeyd edərək, müəllim heyətinə səmərəli istirahət və növbəti ildə daha böyük uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi