Atletika idman növü ilə uğur qazanan idmançimizBabayev Nurəhməd Elşən oğlu 07.06.2000-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda IXa sinfində oxuyur. 5-ci sinifdə, yəni 2010-cu ildə atletika idman növü ilə məşğul olmağa başlayıb.Respublikada bir çox uğurlar qazanıb və yüksək səviyyəli yerlər tutub;
4 dəfə - Bakı birinciliyində - I yer,
3 dəfə- Azərbaycan Respublikası Birinciliyində - II yer
3 dəfə- Bakı Birinciliyində - III yer.
2 dəfə- Respublika Birinciliyində - I yer yadro itələmə növü üzrə .
1 dəfə-Respublika Birinciliyində- 3 yer disk atma növü üzrə.
Yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi, kiçik yaşlı yeniyetmələr arasında "Yadro" itələmə rekordunun sahibi olub.
Məktəbimizin ən qabaqcıl idmançısıİbrahimova Fatimə Tərlan qızı 28.09.1997-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə I sinfə qədəm qoyub. Məşqçi Vəliyev Fikrətin başçılığı ilə 2004-cü ildə qılıncoynatma üzrə idman növünə başlayıb.Onun bu idman növünə olan istəyi nəticəsində 2014-cü ildə ardıcıl şəkildə bir çox uğurlar qazanıb. İlk uğuru Azərbaycan Respublikasında qılıncoynatma üzrə III yerə layiq görülməyi ilə başlayıb. Həmin ildə Fransanın Orlian şəhərində klublar arasında yarışda III yerə çıxıb.
Dünyanın bir çox ölkələrində Türkiyə, Belçika, İspaniya, Yunanıstan, Almaniya, Polşa, İtaliya, Fransa, Koreya, Sinqapur, Tunis, Tayland, Slovakiya, Afrika və digər ölkələrdə qılıncoynatma idman növü üzrə yarışlarda iştirak edib ve müxtəlif yüksək səviyyəli yerləri əldə edib.
"Yaşıl kəmər" sahibi olan idmançımızKərimov Əli Adil oğlu 01.01.2000-ci ildə Suraxanı rayonu Əmircan kəndində anadan olub. 2014-cü ildən qaydasız döyüş üzrə məşqə başlayıb. 28 aprel 2014-cü ildə "Albert Aqarunov" turizm gününə həsr olunmuş turnirdə II yer tutub. 28 iyun 2014-cü ildə Respublika Gününə həsr olunmuş Hövsan Olimpiya kompleksində "Heydər Əliyev" adına Azərbaycan Respublikası Çempionatında ən ağır çəki üzrə III yerə layiq görülüb. 26 avqust 2014-cü ildə Mehriban Əliyevanın doğum gününə həsr olunmuş qapalı çempionatında I yer tutub. 15 dekabr 2014-cü il Şağan Olimpiya kompleksində açıq çempionatda II yerə layiq görülüb. "Yaşıl kəmər" sahibidir.