"Bizim Olimpiada" adlı rəsm və əl işləri festivalının qalibiMehrəliyeva Aydan Elçin qızı 2002-ci ildə Bakı şəhərində anadan olmub.Hal-hazırda məktəbin 7b sinfində oxuyur.2014-cü ildən MTM Q.Abbasov adına Uşaq İncəsənət məktəbinin 1-ci sinif şagirdidir.Suraxanı rayonu S.Bəhlulzadə adına Mədəniyyət evində keçirilmiş müsabiqədə iştirak etmişdir. Bakı şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən "Bizim Olimpiada" adlı rəsm və əl işləri festivalının qalibi olmuşdur.
Güləş üzrə idmançımızAbdızadə Cavidan Aftandil oğlu 29.05.2000-ci ildə anadan olub. Hal-hazırda 9b sinfində oxuyur. O, 2010-cu ildən "Neftçi" idman mərkəzi Yunan-Roma güləşi üzrə idman növü ilə məşğul olur.
2010 və 2011-ci illərdə 2000-ci il təvəllüdlülər arasında 35 kq çəki dərəcəsində Yunan-Roma güləşi üzrə açıq birinciliiyində III yer,
2011-ci ildə 41 kq çəki dərəcəsində II yer,2012-ci ildə Respublika birinciliyində II yer,
2013-cü ildə 2000-2002-ci il təvəllüdlü yeniyetmələr arasında 45 kq çəki dərəcəsində II yer, Hövsan idman kompleksində 2014-cü ildə Bakı birinciliyində I yerə layiq görülmüşdür.
"Cüdo" üzrə idmançımızBabayev Elman İlkin oğlu 2002-ci ildə anadan olub. 2012-ci ildə "Cüdo" idman növü üzrə məşqə başlamışdır və böyük nailiyyətlər əldə etmişdir:
28.05.2012-ci ildə Ruslan İdman Sağlamlıq mərkəzinin açıq birinciliyində III yerə layiq görülmüşdür. 13.05.2012-ci ildə Respublika İdman Kompleksi məktəbində həmin idman növü üzrə III yerə layiq görülmüşdür. 2014-cü ildə "İnter" Bakı Peşəkar İdman klubunda III yerə layiq görülmüşdür.
16.12.2012-ci ildə Azərbaycan Respublikası Kompleksi İdman məktəbində cüdo üzrə I yerə layiq görülmüşdür