I yarımil ərzində şagirdlərin qazandıqları uğurlarMəktəbin İllik Fəaliyyət Planının 1.3.6-cı bəndinə müvafiq olaraq xüsusi qabiliyyəti olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə xüsusi qabiliyyət tələb olunan-musiqi, idman, incəsənət, rəsm və s. sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində fəaliyyətimizi davam etdiririk. Şagirdlərimizdən 2a sinif şagirdi İbrahimli Tunar- dzyu-do idman növünün rayonlar arası keçirilən yarışında I yerə layiq görülmüşdür.
Məktəbimizin 7-ci sinif şagirdi Səlimova Leylanın uğuruMəktəbimizin 7-ci sinif şagirdi Səlimova Leyla yanvarın 17-si 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş Suraxanı rayon tam orta məktəb şagirdləri arasında "Yanvar-1990" mövzusunda keçirilmiş şeir müsabiqəsində fərqləndiyi üçün təltif olunub.
ŞAGİRDLƏRİMİZİN QAZANDIQLARI UĞURLARŞagirdlərimizin qazandıqları hər bir uğur məktəbimiz üçün bayrama çevrilir. Belə şagirdlərimizdən biri də məktəbin 2a sinif şagirdi Məmmədli Nəzrindir. Nəzrin gimnastika ilə məşğul olur və artıq bu sahədə xeyli uğurlar da qazanıb. Valideynlərini təbrik edir, istedadlı qızımıza isə müvəffəqiyyətlər arzulayırıq.