Balaca şahmatçımızMəktəbimizin 1"A" sinif şagirdi Əmirli İnci dərslərini yaxşı oxumaqla yanaşı boş vaxtlarını da səmərəli istifadə edir. Belə ki o, asudə vaxtlarını ən çox sevdiyi idman növü olan şahmata həsr edir.İncinin 6 yaşı var. Buna baxmayaraq nailiyyətləri böyükdür.Ağ at şahmat klubunun təşkil etdiyi uşaq klubları arasında komanda yarışında Əmirli İnci III yerə layiq görülmüşdür.
Şahmat oyununda qazandığı nailiyyətMəktəbin İllik Fəaliyyət Planının 1.3.6-cı bəndinə müvafiq olaraq xüsusi qabiliyyəti olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə xüsusi qabiliyyət tələb olunan-musiqi, idman, incəsənət, rəsm və s. sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində fəaliyyətimizi davam etdiririk. 5a sinif şagirdi Balayev İlham Suraxanı Gənclər Evinin nəzdində fəaliyyət göstərən şahmat dəməyinin üzvləri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şəxsi birincilikdə III yeri tutduğu üçün təltif olunmuşdur.
İdmanda qazandığı uğurMəktəbin İllik Fəaliyyət Planının 1.3.6-cı bəndinə müvafiq olaraq xüsusi qabiliyyəti olan uşaqların bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə xüsusi qabiliyyət tələb olunan-musiqi, idman, incəsənət, rəsm və s. sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində fəaliyyətimizi davam etdiririk. 5a sinif şagirdi Əzizov Elşən 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında "Neftçi İdman Klubu" İctimai Birliyinin cüdo üzrə açıq birinciliyində 38 kq çəki dərəcəsində III yerə layiq görülüb.