Şahmatdakı uğurlarıBalayev İlham 5"A" sinfində təhsil alır.Dərslərini yaxşı oxuyur.Asudə vaxtlarında şahmatla məşğul olur.İlham hər zaman şahmat yarışlarında birinci olmağa çalışır.Suraxanı Gənclər Evinin nəzdində fəaliyyət göstərən şahmat dərnəyinin üzvləri arasında "Novruz" bayramına həsr olunmuş şəxsi birincilikdə I yer tutduğu üçün təltif olunub.
Rənglərin diliyləRzayeva Zeynəb 5A sinfində təhsil alır.Valideynləri Zeynəbin uşaq yaşlarından rənglərə olan marağını görüb, onu "Günəş rəsm evinə" gətirirlər.Zeynəb qısa müddətdə öz yoldaşlarından çəkdiyi rəsmlərinə görə fərqləndi.20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş "Qanlı Yanvar" mövzusunda Suraxanı Gənclər Evinin nəzdində fəaliyyət göstərən "Günəş rəsm Studiyası"nın rəssamları arasında keçirilmiş rəsm müsabiqəsində fərqləndiyi üçün təltif olunub.
Gələcəyin rəssamıMuradzadə Jalə 5 "A" sinfində təhsil alır. Dərslərini əla oxuyur.Bununla yanaşı həm də o rəsmlə məşğul olur. Jalə öz arzularını çəkdiyi rəsmlərində əks etdirir. 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş "Qanlı Yanvar" mövzusunda Suraxanı Gənclər Evinin nəzdində fəaliyyət göstərən "Günəş rəsm Studiyası"nın rəssamları arasında keçirilmiş rəsm müsabiqəsində fərqləndiyi üçün təltif olunub.