Şeir müsabiqəsində II yeri qazanan şagirdimizMəktəbimizin 3"B" sinif şagirdi Ələsgərova Röyalə Suraxanı Rayon Heydər Əliyev Mərkəzi və Suraxanı Rayonu Gənclər İdman İdarəsinin 9 noyabr-"Azərbaycan Respublikasının Dövlət bayrağı günü" nə həsr olunmuş "Mənim bayrağım" mövzusunda keçirdiyi şeir müsabiqəsində fərqlənərək II yeri tutmuşdur. Bu münasibətlə şagirdimizi səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
İdman sağlamlıqdırMəmmədov Baləli 2 "A" sinfində oxuyur. Dərslərini yaxşı oxumaqla yanaşı, boş vaxtlarında idmanla məşğul olur. Baləli öz yoldaşlarından fərqli olaraq idmanda hər zaman uğur qazanır. Buna görə cüdo üzrə I və II yerə layiq görülüb.
Məğlubedilməz boksçu !Xankişiyev Samir 8-ci sinifdə təhsil alır. Asudə vaxtlarında idmanla məşğul olur. Xankişiyev Samir Bakı "Neftçi" Azərbaycan Respublikası birinciliyi 2003-2004 boks üzrə 59 kq çəki dərəcəsində III yerə layiq görülüb.