“X Respublika rus dili və ədəbiyyatı olimpiadası”nda sertifikatla təltif olunan şagirdimizMəktəbin 7"A" sinif şagirdi Baxşıyeva Nərmin Nazim qızı Rusiya FR Müstəqil Dövlətlər Birliyinin və Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Russotrudnichestvo”) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Bakı şəhərində 2017-2018-ci tədris ilinin yanvar ayında keçirilən “X Respublika rus dili və ədəbiyyatı olimpiadası”nda iştirak edərək sertifikatla təltif olunmuşdur. Bu münasibətlə şagirdimizi təbrik edir, ona gələcək təhsilində müvəffəqiyyətlər diləyirik.
Səlim Sadiqin şeir müsabiqəsində növbəti birinciliyiMəktəbin 3"B" sinif şagirdi Səlim Sadiq Suraxanı Rayon Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsi tərəfindən 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş "Qanlı Yanvar" mövzusunda keçirilmiş şeir müsabiqəsində Suraxanı rayon tam orta məktəblərinin şagirdləri arasında I yeri tutaraq qırmızı diplomla təltif olunmuşdur. Xatırladaq ki, S.Sadiq əvvəliki illərdə də müxtəlif mövzularda keçirilmiş şeir müsabiqələrində fərqlənərək yüksək yerləri qazanmışdır. Bu münasibətlə şagirdimizi, onun valideynləri və müəllimlərini səmimi qəlbdən təbrik edir, Sadiqə dərslərində və digər sahələrdə müvəffəqiyyətlər arzulayırıq.
Kiçik gimnastımızın növbəti uğuruMəktəbimizin 3"A" sinif şagirdi, balaca gimnastımız Kazımzadə Nəzrin növbəti dəfə öz nailiyyəti ilə bizləri sevindirdi. Belə ki, Nəzrin dekabr ayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil edilmiş Akrobatika Gimnastikası üzrə Bakı Birinciliyi və Çempionatında uğur qazanaraq I yerə layiq görülmüşdür. Bu münasibətlə şagirdimizi təbrik edir, ona dərslərində və digər işlərində uğurlar diləyirik.