Nailiyyətlərimiz

Şagirdlərimizin birinciliyi24 may 2018-ci il tarixində Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə 28 may - Respublika gününə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə məktəbimizi III sinif şagirdləri Quluzadə Gülnara və Səlim Sadiq təmsil edirdilər. Əjdər Olun "Azərbaycanım" şeirini səsləndirən şagirdlərimiz Qurban Abbasov adına Mədəniyyət Evinin bədii rəhbəri Bəhiyyə xanım Nağıyeva, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin nümayəndəsi Vüsalə xanım Qasımova və rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnarə xanım Məmmədova tərəfindən qiymətləndirilmiş və I yeri qazanaraq diplomla təltif olunmuşlar. Bu münasibətlə şagirdlərimizi, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edirik.

X sinif şagirdinin uğuruMəktəbin X sinif şagirdi Zəhra Balakişiyeva Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilmiş "Əbədiyaşar lider" adlı inşa yazı müsabiqəsində II yeri qazanaraq diplomla təltif olunub. Bu münasibətlə şagirdimizi, onun valideynləri və müəllimlərini səmimi qəlbdən təbrik edir, Zəhraya dərslərində və digər sahələrdə müvəffəqiyyətlər arzulayırıq.

Məktəblimizin birinciliyiMəktəbin 4 "A" sinif şagirdi Zeynəbxanım Əcəmova 02.05.2018-ci il tarixində Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə keçirilmiş "Əbədiyaşar lider" adlı bədii qiraət müsabiqəsində I yeri qazanaraq diplomla təltif olunub. Bu münasibətlə şagirdimizi, onun valideynləri və müəllimlərini səmimi qəlbdən təbrik edir, Zeynəbxanıma dərslərində və digər sahələrdə müvəffəqiyyətlər arzulayırıq.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Talıbova Məryam Eldar

Tofiq Bayramov Qulam

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi