Kitabxana müdiri təltif olunubFevralın 5-də məktəbin kitabxana müdiri Həqiqət Babayevanın 65 yaşı tamam olub. Həqiqət müəllim Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsi tərəfindən təhsil sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyə prosesindəki xidmətlərinə görə Fəxri fərman və hədiyyə ilə təltif edilib. Yubileyi münasibətlə Həqiqət müəllimi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində və şəxsi həyatında müvəffəqiyyətlər, bol-bol uğurlar diləyirik.
IV sinif şagirdinin uğuruMəktəbin 4"A" sinif şagirdi Baxşıyev Əli 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında keçirilən DİN-in İdman Cəmiyyətinin boks üzrə açıq birinciliyində 25 kq çəki dərəcəsində I yeri qazandığına görə diplomla təltif olunmuşdur. Bu münasibətlə Əlini təbrik edir, ona nailiyyətlərinin davamlı olmasını diləyirik.
Riyaziyyat müəllimi təltif olunubYanvarın 13-də məktəbin riyaziyyat müəllimi Həqiqət Mahmudovanın 60 yaşı tamam olub. Həqiqət müəllim Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsi tərəfindən təhsil sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyə prosesindəki xidmətlərinə görə Fəxri fərman və hədiyyə ilə təltif edilib. Yubileyi münasibətlə Həqiqət müəllimi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində və şəxsi həyatında müvəffəqiyyətlər, bol-bol uğurlar diləyirik.