Nailiyyətlərimiz

Riyaziyyat müəllimi təltif olunubYanvarın 13-də məktəbin riyaziyyat müəllimi Həqiqət Mahmudovanın 60 yaşı tamam olub. Həqiqət müəllim Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsi tərəfindən təhsil sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyə prosesindəki xidmətlərinə görə Fəxri fərman və hədiyyə ilə təltif edilib. Yubileyi münasibətlə Həqiqət müəllimi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində və şəxsi həyatında müvəffəqiyyətlər, bol-bol uğurlar diləyirik.

İbtidai sinif müəllimi təltif olunubDekabrın 25-də məktəbin ibtidai sinif müəllimi Xatirə Pəncəliyevanın 60 yaşı tamam olub. Xatirə müəllim Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsi tərəfindən təhsil sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyə prosesindəki xidmətlərinə görə Fəxri fərman və hədiyyə ilə təltif edilib. Yubileyi münasibətlə Xatirə müəllimi səmimi qəlbdən təbrik edir, ona gələcək fəaliyyətində və şəxsi həyatında müvəffəqiyyətlər, bol-bol uğurlar diləyirik.

Balaca "şair" təltif olunubMəktəbin 4"A" sinif şagirdi Nəbili Sadiq vətənpərvərlik mövzusunda yazdığı silsilə şeirlər, gözəl bədii qiraətçilik qabiliyyətinə görə Yasamla Rayon Mərkəzləşdirilmiş kitabxana sistemi M.Ş.Vazeh adına Mərkəzi Kitabxana tərəfindən fəxri fərmanla təltif olunub. Bu münasibətlə Sadiqi təbrik edir, ona nailiyyətlərinin davamlı olmasını diləyirik.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Ulvia Alıevı

Vahab Vahidov Kamil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi