Pedaqoji işçilər təltif edilibMəktəbin coğrafiya müəllimi Mehriban Əmikişiyeva və biologiya müəllimi Aytəkin Quliyeva “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsi tərəfindən təhsil sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyə prosesindəki xidmətlərinə görə Fəxri fərman və hədiyyə ilə təltif olunublar.
İbtidai sinif müəllimi təltif olunubMəktəbin ibtidai sinif müəllimi Pərvinə Mehrəliyeva “2 fevral- Gənclər Günü” münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon komitəsi tərəfindən təhsil sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyə prosesindəki xidmətlərinə görə Fəxri fərman və hədiyyə ilə təltif edilib.
Balaca qiraətçiMəktəbin 6"B" sinif şagirdi Sultanlı Aytac Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Xalqa bağışlanan ömür" mövzusunda şeir müsabiqəsində I yeri qazanmışdır. Bu münasibətlə Aytacı təbrik edir, ona müvəffəqiyyətlər diləyirik.