İstedadlı məktəbliNərmin Əliyeva 4-cü sinifdə oxuyur. Dərslərini əla oxumaqla yanaşı boş vaxtlarında rəqslə də məşğul olur. Uşaq yaşlarından rəqsə olan marağı onu Azad Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən "Azad" rəqs qrupuna gətirir. Tez bir zamanda istedadı ilə hamıdan seçilir. Ulu öndərimiz Heydər Əliyevin 94-cü ildönümünə və "Gül bayramı" münasibəti ilə təşkil olunmuş "Rəqs" müsabiqəsində Əliyeva Nərmin II yerə layiq görülüb.
MODELYER ŞAGİRDİMİZBağırova Aminət 2a sinfində təhsil alır. Dərslərini əla oxuyur. Kiçik yaşlarından modaya olan həvəsini görən anası onu müsabiqələrə aparmağa başladı.Kiçik Aminət keçirilən moda müsabiqələrinin iştirakçısı olaraq, dəfələrlə diplomlarla təltif olundu.Bu da Aminətin növbəti uğuru. ART PRODUCTION MMC COLORFULL SPRING adlı Fashion Showda iştirak etdiyinə görə III yeri tutub.
Əlaçı şagirdimizNəbizadə Arzu 3 "B" sinfində oxuyur. Sinif əlaçısıdır. Arzu məktəbimizdə keçirilən bilik yarışmalarında iştirak edən şagirdlərimizdəndir. Nəbizadə Arzu Vüqar qızı 09.04.2017 tarixində keçirilən bilik yarışmasında 80 bal toplayaraq II yeri tutmuş və yüksək nailiyyət əldə etdiyinə görə Fəxri diplomla təltif edilib.