Jasmin Allahverdili Vasif
Məktəbin 6 A sinif şagirdi Allahverdili Jasmin Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən solo kapoeyra üzrə Bakı birinciliyi və çempionatında I yeri tutaraq, medal və diplomla təltif edilib.
İstedadlı şagirdimiz eləcədə Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və "EMEDIA GROUP" Media təşkilatının birgə təşkilatçılığı ilə "1-ci Uşaq Teatr Festivalı"nda teatra və səhnəyə marağını nümayiş etdirərək yüksək yaradıcılıq və səhnə performansına görə II yerə layiq görülüb, diplom və medalla təltif edilib.
Şagirdimizə gələcək işlərində yeni nailiyyətlər arzu edirik.
Emil Sorqin Vadimoviç
Qürurla qeyd etmək istəyirik ki, K.A.Kərimov adına 8 saylı tam orta məktəbin 11ci sinif şagirdi Sorgin Emil Asiya Beynəlxalq Riyaziyyat Olimpiadasında (AİMO) bürünc medala layiq görülüb və beynəlxalq dərəcəli sertifikatla təltif olunub. O, olimpiadanın Malayziyada keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Sorgin Emil eləcədə Birləşmiş Krallığın Southampton universitetinə qəbul olmuşdur. Uğurumuz bununla da bitmir. Emil universitetdə 4.000 Funtsterling təqaüdlə təhsil alacaq.
Şagirdimizə gələcəkdə uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq.