HAQQIMIZDA

Bakı şəhəri 8 nömrəli tam orta məktəbin binası 1900-cü ildə inşa edilmişdir. Binada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi məktəbi yerləşmişdir. 1945-ci ildən isə binada 8 №li orta məktəb fəaliyyət göstərir. Məktəb 2008-ci ildən “Elektron məktəb ” layihəsinə qoşulmuş ilk pilot məktəblərdən biridir. Məktəbdə 34 sinif otağı, emalatxana, 2 laboratoriya, idman zalı, akt zalı mövcuddur. Məktəbin pedaqoji kollektivi 71 nəfərdən ibarətdir, onlardan 2-si elmi dərəcəli, 66-sı ali təhsilli, 6-sı isə müxtəlif kateqoriyalı müəllimlərdir. Hazırda məktəbdə 31 sinif üzrə 704 şagird təhsil alır. 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Məktəb hazırda birnövbəli, 5 günlük iş rejimi üzrə fəaliyyət göstərir. 2011-ci ildə məktəbimiz əldə etdiyi nəaliyyətlərə görə “İlin məktəbi” kimi şərəfli ada layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM