- Aytən Baxşıyeva Tofiq
- Vəzifə: Direktor
- Fənn: Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan tarixi, İnsan və cəmiyyət, Tarix, Ümumi tarix, Qarabağ tarixi
- Bitirdiyi təhsil müəssisəsi: Bakı Dövlət Universiteti
- Təvəllüd: 24.11.1970
- İlk fəaliyyət ili: 05.01.1993
- E-mail: [email protected]
24 noyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1987-ci ildə Bakı şəhəri 27saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1992-ci ildə həmin fakültəni qırmızı diplomla bitirmişdir. 1993-cü ildən Bakı şəhəri Nəsimi rayonu 8 saylı orta məktəbdə tarix müəllimi vəzifəsində işləmişdir. Pedaqoji fəaliyyəti ilə yanaşı elmi fəaliyyətini də davam etmişdir. 2005-ci ildə Tarix üzrə fəlsəfə doktoru dərəcəsini almışdır, “Становление музейного дела в Азербайджане” kitabının və bir sıra elmi məqalələrin müəllifidir.
2007-ci ildən bu günə kimi həmin məktəbdə direktor vəzifəsində çalışır.Rəhbər olduğu dövrdə 2011-ci ildə 8 nömrəli tam orta məktəb “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur.