Kiçik Akademiya

Dərman bitkiləriMəktəbimizin 9 B şagirdləri Rüstəmova Həcər və Sadıqova Safiyya Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin konfransında "Dərman bitkiləri" mövzusu ilə çıxış ediblər və diploma layiq görülüblər. Şagirdlərimizin uğurlu işində "Kiçik Akademiya"nın rəhbəri coğrafiya müəllimi Seyidəliyev Yaşar müəllimində rolu danılmazdır. Akademiya üzvlərini kollektivimiz adından təbrik edir,gələcək işlərində uğurlar arzulayırıq.

Ətraflı

Dəyirmi masaAlternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın üzvləri ilə dəyirmi masa keçirdilər. Şagirdlərə alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması barədə məlumat verildi və slaydlar göstərildi.

Ətraflı

"Kiçik Akademiya"nın istedadlı şagirdləri"Kiçik Akademiya"nın istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılması üçün tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili turu 03.12.2019-cu il tarixində keçirilmişdir. Müsabiqədə məktəbimizin 8 “B” sinif şagirdləri Əhmədova Ceyran, İbrahimov Ömər və Hacıyeva Leyli iştirak etmişlər. Komissiya tərəfindən şagirdlərin hazırladığı çıxışlar dinlənilmiş, slaydlara baxılmış və işlər qiymətləndirilmişdir. Müsabiqənin qalibi Hacıyeva Leyli oldu.

Ətraflı

KİÇİK AKADEMİYAGənc istedadlara qayğı, onların istedadlarının yönləndirilməsi, daha da inkişaf etdirilməsi təhsilin prioritet sahələrindən biridir. Ölkə səviyyəsində şagirdlər arasında müxtəlif sahələrə həsr edilən yaradıcılıq müsabiqələri, yarışlar, fənn olimpiadalarının keçirilməsi ilə yanaşı “Kiçik Akademiya”ların yaradılması istedadlı və elmi-tədqiqat fəaliyyətinə meyilli olan uşaqların aşkarlanmasında, onların gələcək yaradıcılıq işlərinə yardım göstərilməsində mühüm əhəmiyyət kəsb edir. 8 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” özündə humanitar, təbiət, texniki, fizika, riyaziyyat kimi elmi sahələrə maraq göstərən şagirdləri birləşdirir. Bu birliyin əsas məqsədi elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdir.

Ətraflı
HAQQIMIZDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şərai...

BİZİM FƏXRLƏRİMİZ

Yusif Məhəmmədə Kənan

Əzizə Abdullazadə Vaqif

HAQQIMIZDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nəsimi rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şərai...

BİZİM FƏXRLƏRİMİZ

Yusif Məhəmmədə Kənan

Əzizə Abdullazadə Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi