KİÇİK AKADEMİYA

Gənc istedadlara qayğı, onların istedadlarının yönləndirilməsi, daha da inkişaf etdirilməsi təhsilin prioritet sahələrindən biridir. Ölkə səviyyəsində şagirdlər arasında müxtəlif sahələrə həsr edilən yaradıcılıq müsabiqələri, yarışlar, fənn olimpiadalarının keçirilməsi ilə yanaşı “Kiçik Akademiya”ların yaradılması istedadlı və elmi-tədqiqat fəaliyyətinə meyilli olan uşaqların aşkarlanmasında, onların gələcək yaradıcılıq işlərinə yardım göstərilməsində mühüm əhəmiyyət kəsb edir. 8 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” özündə humanitar, təbiət, texniki, fizika, riyaziyyat kimi elmi sahələrə maraq göstərən şagirdləri birləşdirir. Bu birliyin əsas məqsədi elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi