Yaşıl dünya naminə həmrəylik il
Məktəbdə "COP29" və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində müxtəlif tədbirlər keçirilir.
Bu gün Kiçik Akademiya üzvlərinin iştirakı ilə dəyirmi masa təşkil olundu. Bu dəfə mövzu “İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusuna həsr edilmişdi. Tədbir zamanı şagirdlər mövzu haqqında təqdimatlar etdilər, məktəbin biologiya müəllimi Mehriban Abbasovada işğal altında olmuş torpaqlarda tarixi və mədəni irsimizin məhv edilməsi, təbii sərvətlərimizin talan edilməsi, bu torpaqların minalarla çirkləndirilməsi haqqında məlumat verdi.
Tədbirin keçirilməsidə məqsəd, şagirdləri ekoloji terror barədə məlumatlandırmaq, eyni zamanda gələcəkdə işğaldan azad olunmuş torpaqlarda dövlətimiz tərəfindən görüləcək işlər barədə məlumatlandırmaqdan ibarətdir.