Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür
Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Mütaliə insan zəkasının inkişafında mühüm rola malikdir. Əgər insan çox mütaliə edərsə onun dünyaya baxışı da çox zəngin olar.
Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günü münasibəti ilə məktəbin 7"A" sinif rəhbəri G.Həsənova öz şagirdləri ilə M.F.Axundov adına Milli Kitabxanasında təşkil edilmiş sərgidə iştirak etmişlər. Şagirdlərin kitaba marağını öyrənmək məqsədi ilə şer yarışması keçirilmiş, qaliblərə kitablar hədiyyə edilmişdir.
Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə həmin cəmiyyət xoşbəxt olar.