XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur.
Məktəbdə Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd olundu.
Şagirdlər akt zalında “Mən Xocalıyam!” adlı tədbir keçirdilər. Tədbirdə məktəbimizin həm ibtidai sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, himn səsləndirildi. Daha sonra işğal altında olan qədim yurd yerlərimiz şagirdlərin səsləndirdiyi bayatılarda öz əksini tapdı. Tədbir faciəni əks etdirən kompozisiyalarla davam etdi. Məktəbin “Xor” dərnəyi Vətənpərvərliyə həsr olunmuş mahnılarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi