Kiçik Akademiya

"Milli musiqimizin beşiyi - Şuşa" adlı elmi-praktiki konfrans17.09.2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən Üzeyir Hacıbəyovun 136-cı il dönümü münasibətilə "Üzeyir Hacıbəyov: Milli musiqimizin beşiyi - Şuşa" adlı elmi-praktiki konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək konfrans haqqında ümumi məlumat verdi. Konfransın gündəliyinə əsasən çıxış üçün ilk söz Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi, ADMİU-nun kinoşünaslıq və bədii yaradıcılıq kafedrasının müdiri, professor Əli Əmirliyə verildi. Ə.Əmirli Ü.Hacıbəyovun dramaturgiyası, yaradıcılığı, ev muzeyi, büstünün Şuşada Ali Baş Komandan tərəfindən yenidən təmir olunaraq qoyulması haqqında ətraflı məlumat verdi. Ardınca 142 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Fatimə, 192 nömrəli tam orta məktəbin şagirdi Heydərova Rəna, 259 nömrəli tam orta məktəbin şagirdi Hacızadə Mərva mövzu ilə əlaqədar olaraq təqdimatlarla çıxış etdilər. Elmi-praktiki konfransda 150-ə yaxın şəxs iştirak edirdi. İştirak edən şəxslər arasında məktəb rəhbərləri, KA rəhbərləri, müəllimlər və şagirdlər idi.

Ətraflı

Yay məktəbində əyləncəli bilik yarışıMəktəbin biologiya müəllimi Elşad Əliyevin təşkilatçılığı ilə Kiçik Akademiya üzvləri arasında Yay məktəbinin fəaliyyəti çərçivəsində biologiya bölməsi üzrə əyləncəli bilik yarışı təşkil edildi.

Ətraflı

"Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans11.06.2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz"Kiçik Akademiya"nın təşkilatçılığı Tarix kafedraları üzrə "Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək, elmi-praktiki konfrans haqqında ümumi məlumat verdi. Ardınca elmi-praktiki konfransın gündəliyinə əsasən 67 nömrəli tam orta məktəbin şagirdi Ağayeva Azərin, 71 nömrəli tam orta məktəbin şagirdi Gözəlov Müşfiq, 80 nömrəli tam orta məktəbin şagirdi Hacıyev Səfərəli, 81 nömrəli tam orta məktəbin şagirdi Babayeva Arzu və 96 nömrəli tam orta məktəbin şagirdi Abbasquliyeva Səmayə hazırladıqları təqdimatlar, elmi-məqalələr ilə mövzu ətrafında çıxış etdilər. Çıxışlar "Qurtuluş - Heydər Əliyev", "Ümummilli lider və Zəfərə gedən yol" , "Qurtuluş və İlham Əliyev" mövzularına əsasən baş tutmuşdur. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin "Gənclərə verilən dəstək ", "Savadlı kadrların stimullaşdırılması" siyasətini əsas tutaraq buraxılış imtahanlarında yüksək bal toplamış və "Kiçik Akademiya"ların işlərində fərqlənən şagirdlərin stimullaşdırılması məqsədilə təltif edilmiş şagirdlər haqqında təqdimat nümayiş olunmuşdur. Elmi-praktiki konfransda 150-ə yaxın şagird, müəllim, KA rəhbələri və məktəb rəhbərləri iştirak etmişdir.

Ətraflı

Növbəti uğurSabunçu rayonu Mərkəz “Kiçik Akademiya”nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Tarix və Coğrafiya kafedraları üzrə “Türk dünyasına baxış-Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri bəlli olmuşdur. Nəticələrə əsasən məktəbimizin 8"B"sinif şagirdi Atakişizadə Əfruzə Natiq qızı II yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq ! Qeyd edək ki, müsabiqədə 40-a yaxın məktəbdən şagirdlər iştirak etmişdir.

Ətraflı

" Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans28 aprel 2021- ci il tarixində Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən " Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev konfransın gündəliyi barədə iştirakçılara məlumat verdi. Konfransda məktəbimizin “Kiçik Akademiya” rəhbəri, biologiya müəllimi Elşad Əliyev və 8"B" sinif şagirdi Şəfa İbrahimova mövzu ilə əlaqədar olaraq hazırladıqları təqdimatlardan, elmi-məqalələrdən istifadə edərək çıxışlar etdilər.

Ətraflı

Şagirdimiz təltif edilibSabunçu Regional "Kiçik Akademiya"sının, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 08 aprel - 15 aprel tarixlərində Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəsində məktəbimizin 7"B" sinif şagirdi Ərəbova Fidan "Koronavirus pandemiyası-Pandemiya nədir və onunla necə mübarizə aparmalıyıq?" mövzusu ilə layihədə iştirak etmiş və fərqlənmə sertifikatı ilə təltif edilmişdir. Şagirdimizi və fənn müəllimi Elşad Əliyevi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

Ətraflı

28 May-Respublika Gününə həsr edilmiş "Kiçik Akademiya" üzvləri arasında intellektual yarış keçirilib28 May-Respublika Gününə həsr edilmiş "Kiçik Akademiya" üzvləri arasında intellektual yarış təşkil etmək məqsədilə ilkin olaraq məktəb rəhbərliyi tərəfindən "Kiçik Akademiya" üzvlərinin iştirakı ilə online videokonfrans təşkil edildi. Konfransda yarışın təşkil olma forması, məqsədi haqqında üzvlər təlimatlandırıldı, müvafiq tövsiyələr verildi. Daha sonra Microsoft Forms platformasında müvafiq fənlər üzrə təşkil olunmuş sualları 30 dəq ərzində 6, 7 və 8-ci sinif şagirdləri cavablandırdılar. Suallara daha çox doğru və tez cavab verən şagirdlər müvafiq yerlərə layiq görüldü.

Ətraflı

"Kiçik Akademiya"nın fəaliyyəti davam edirFevralın 28-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə Azərbaycan dili və ədəbiyyat müəllimi Hidayət Həsənovun rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə Azərbaycan dili-ədəbiyyat bölməsi üzrə təqdimatların nümayişi oldu.  Şagirdlər müvafiq mövzular üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, müzakirələr aparıldı.

Ətraflı

"Kİçik Akademiya"nın fəaliyyəti davam edir  "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə ingilis dili bölməsi üzrə “Kiçik Akademiya”nın üzvlərinin təqdimatları nümayişi oldu. Şagirdlər "İnteresting places in the world", "Digital computers", "The bloody pasage of our history", "The wisdom politic of Azerbaijan", "William Shakespeare", "Healthy food" mövzuları üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, müzakirələr aparıldı. 

Ətraflı

"Kiçik Akademiya"nın fəaliyyəti davam edirDekabrın 11-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə “Kiçik Akademiya”nın üzvləri ilə riyaziyyat-informatika bölməsi üzrə riyaziyyat təqdimatlarının nümayişi oldu. Mövzular üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, müzakirələr aparıldı.

Ətraflı

“KİÇİK TƏDQİQATÇILAR” MÜSABİQƏSİNİN MƏKTƏBDAXİLİ MƏRHƏLƏSİNİN YEKUNU KEÇİRİLİBQeyd edək ki, II-IV sinif şagirdlərinin iştirakı ilə təşkil olunan müsabiqənin məktəbdaxili mərhələsində komandalar onlara təqdim olunmuş mövzulardan birini seçməklə tədqiqat işi aparmışdır. Müvafiq mövzular üzrə tədqiqat işi hazırlayan şagirdlərin təqdimatları dinləndi və yekunda qalib gələn şagirdlərdən ibarət komanda yaradıldı. Seçilmiş komandanın tədqiqat işləri müsabiqənin növbəti mərhələsində dinlənəcək. Müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etməkdir. Həmçinin tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

Ətraflı

"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi"Kiçik Akademiya" istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq oyatmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörünüşünü formalaşdırmaq istiqamətində sistemli iş aparmaq "Kiçik Akademiya"nın əsas vəzifəsidir. Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması məqsədilə dekabrın 2-də "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi. Məktəbin 9"B" sinif şagirdi İbrahimova Tünzalə Nəsimi qızının "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" istiqamətində tədqiqat işi nümayiş olundu. Müvafiq mövzular üzrə şagirdlərin tədqiqat işlərinin məktəbdaxili mərhələsi davam edir.

Ətraflı

"Kiçik Akademiya"nın fizika bölmə üzvlərinin təcrübə işləriOktyabrın 25-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə fizika müəllimləri Səbikə Mustafayeva və Gülər Feyziyevanın rəhbərliyi altında “Kiçik Akademiya”nın fizika bölmə üzvləri Atmosfer təzyiqi, Arximed qüvvəsi, İstilikvermənin növləri və Paskal qanununa aid təcrübə işləri apardılar.

Ətraflı

"Kiçik Akademiya" nın 2019/2020-ci tədris ilində ilk iclasıSentyabrın 20-də "Kiçik Akademiya"nın 2019/2020-ci tədris ili üçün fəaliyyət planı təsdiq edildi, qarşıda duran vəzifələr müzakirə olundu. Kiçik Akademiyanın prezidenti Əliyev Elşad Xanbala oğlu bölmə rəhbərlərinin üzvlərlə birlikdə aparacaqları elmi tətqiqatlardan danışdı. "Kiçik Akademiya"nın bu tədris ilində yeni yaradılan "İncəsənət" bölməsinin şagirdlərin bədii və estetik inkişafında mühim rol oynayacağını vurğuladı. Həmçinin şagirdlərdə fənlərə olan marağın stimullaşması prosesinin daha da surətləndiyi qeyd olundu.

Ətraflı

"Kiçik Akademiya"nın Azərbaycan dili-ədəbiyyat və informatika bölmə üzvlərinin təqdimatları müzakirə edildi  İyunun 7-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə Azərbaycan dili və ədəbiyyat müəllimi Hidayət Həsənov və informatika müəllimi Ayşən Orucovanın rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə Azərbaycan dili-ədəbiyyat və informatika bölməsi üzrə təqdimatların nümayişi oldu. Şagirdlər müvafiq mövzular üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, müzakirələr aparıldı.

Ətraflı

"Kiçik Akademiya"nın riyaziyyat-fizika bölmə üzvlərinin təqdimatları müzakirə edilirMayın 24-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə riyaziyyat müəllimi Aynur Zeynalova və fizika müəllimi Səbikə Mustafayevanın rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə riyaziyyat və fizika bölməsi üzrə təqdimatların nümayişi oldu. Şagirdlər "Pi ədədi", "Fibonaççi ədədləri", "Anti-maddə ", "Alternativ enerji maddələri", "Bermud üçbucağı" kimi mövzular üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, müzakirələr aparıldı.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin ingilis dili bölməsi üzrə elmi işləri müzakirə edilirMayın 21-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə ingilis dili müəllimi Sevinc Heydərovanın rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə ingilis dili bölməsi üzrə təqdimatların nümayişi oldu. Şagirdlər müvafiq mövzular üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, müzakirələr aparıldı.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin elmi işləri müzakirə edilir Mayın 13-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə bilogiya müəllimi Elşad Əliyev və kimya müəllimi İlhamə Şıxıyevanın rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə biologiya və kimya bölməsi üzrə təqdimatların nümayişi oldu. Şagirdlər müvafiq mövzular üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu. Müvafiq mövzular üzrə müzakirələr aparıldı.

Ətraflı

"Kiçik Akademiya"nın fəaliyyəti davam edirMayın 8-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə fizika müəllimi Səbikə Mustafayevinin rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə fizika bölməsi üzrə təqdimatların nümayişi oldu.  Şagirdlər "Nanotexnologiya", "Kainatın yaranması" və "Qara dəlik" mövzuları üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, maraqlı müzakirələr aparıldı.

Ətraflı

“Kiçik Akademiya” nın təsis edilməsi ilə bağlı təşkilatı işlərin başa çatdırılmasına dair iclas keçirildi.  Yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda elmi dünyagörünüşünün formalaşdırılması istiqamətində “Kiçik Akademiya”nın təsis edilməsi ilə bağlı təşkilatı işlərin başa çatdırılmasına dair iclas keçirildi. İclasda ”Kiçik Akademiya”nın təsis edilməsi ilə bağlı nəzərdə tutulan məqsəd və vəzifələr haqqında söhbət aparıldı.

Ətraflı
HAQQIMIZDA

            Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvan...

BİZİM FƏXRLƏRİMİZ

Adilə Vəliyeva Kərəm

Canpolad Əliyev Üzeyir

HAQQIMIZDA

            Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvan...

BİZİM FƏXRLƏRİMİZ

Adilə Vəliyeva Kərəm

Canpolad Əliyev Üzeyir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi