"Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi

"Kiçik Akademiya" istedadlı şagirdlərin aşkarlanaraq üzə çıxarılmasında önəmli rol oynayır. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi yaradıcılığa maraq oyatmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörünüşünü formalaşdırmaq istiqamətində sistemli iş aparmaq "Kiçik Akademiya"nın əsas vəzifəsidir. Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması məqsədilə dekabrın 2-də "Kiçik Akademiya" üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi. Məktəbin 9"B" sinif şagirdi İbrahimova Tünzalə Nəsimi qızının "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri" istiqamətində tədqiqat işi nümayiş olundu. Müvafiq mövzular üzrə şagirdlərin tədqiqat işlərinin məktəbdaxili mərhələsi davam edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi