HAQQIMIZDA

            Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 63 ünvanında yerləşən 78 nömrəli tam orta məktəbin binası 1882 - ci ildə inşa olunmuşdur. Məktəbdə təhsil beşgünlük və ikinövbəlidir. 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən 4 mərtəbəli, 15 sinif otaqlı, 360 yerlik əlavə yeni korpus tikilib istifadəyə verilmişdir. 2018-ci ildə məktəbin əsas binası əsaslı təmir-bərpa işləri aparılmaqla müasir standartlara uyğun təmir olunaraq təkrar istifadəyə verilmişdir. Məktəbdə 755 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur.

Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəbin tibb bacısı nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilmişdir. Kitabxanada oxu zalı yaradılmışdır. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər də qənaətbəxşdir. Məktəbin “Şahin” komandası rayon üzrə keçirilən yarışlarda uğurla çıxış edərək Fəxri Fərman və diplomlarla təltif edilmişdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir - metodik işlərin səviyyəsi artırılır, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edilir, dəyirmi masalar və görüşlər keçirilir. Milli kurikulumun tətbiqi ilə əlaqədar olaraq müəllimlərin xüsusi təlimlərdən keçmələri təmin edilir. Müəllimlərin kurikulum ilə işləmə prinsipi, yeni metod və texnologiyaların yaradıcı şəkildə tətbiqi ilə bağlı məsuliyyətləri artırılır.

Məktəb fəaliyyət göstərdiyi illərdə öz məzunları ilə həmişə fərqlənib. Belə ki, məktəbin məzunları içərisində dövlət və elm xadimləri vardır. Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin "Şərəf lövhəsi" şagird nailiyyətlərini əks etdirmək, eləcə də onları həvəsləndirmək üçün vasitədir. Məktəbin “Sehirli səslər” xor dərnəyi və “Bacarıqlı əllər” dərnəyinin üzvləri rayon və şəhər səviyyələrində keçirilən tədbirlərdə yüksək səviyyədə iştirak edirlər. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.

Məktəbin idarə olunmasında valideyn icması və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2017/2018-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə texniki təmayül sinfi yaradılmışdır. 2019/2020-ci dərs ili üçün məktəbdə texniki və riyaziyyat-iqtisadiyyat təmayül sinfi açılmışdır. 2016/2017-ci tədris ilindən etibarən məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılmışdır ki, bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət təsir göstərir. Məktəbimiz son illərdə bir sıra uğurlara imza atmışdır.

2017/2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Birinci Qrant Müsabiqəsi"  nin qalibi olmuş və məktəbimizdə "Ümumtəhsil məktəblərində Coğrafiya fənninin tədrisində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi" layihəsi uğurla həyata keçirilmişdir.

2017/2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi  və “British Council”un birgə əməkdaşlığı ilə ingilis dili müəllimləri üçün təşkil edilən“Uğur üçün tədris” (SPEX) layihəsi uğurla yekunlaşmışdır.

2017/2018-ci tədris ilində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlərimiz Naxçıvanda, 2018/2019-cu tədris ilində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur aksiyada iştirak etmişdir.

2018/2019-cu tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə İkinci Qrant Müsabiqəsi"  nin qalibi olmuş və  “Ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı layihə uğurla yekunlaşmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi