"Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans

11.06.2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz"Kiçik Akademiya"nın təşkilatçılığı Tarix kafedraları üzrə "Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək, elmi-praktiki konfrans haqqında ümumi məlumat verdi. Ardınca elmi-praktiki konfransın gündəliyinə əsasən 67 nömrəli tam orta məktəbin şagirdi Ağayeva Azərin, 71 nömrəli tam orta məktəbin şagirdi Gözəlov Müşfiq, 80 nömrəli tam orta məktəbin şagirdi Hacıyev Səfərəli, 81 nömrəli tam orta məktəbin şagirdi Babayeva Arzu və 96 nömrəli tam orta məktəbin şagirdi Abbasquliyeva Səmayə hazırladıqları təqdimatlar, elmi-məqalələr ilə mövzu ətrafında çıxış etdilər. Çıxışlar "Qurtuluş - Heydər Əliyev", "Ümummilli lider və Zəfərə gedən yol" , "Qurtuluş və İlham Əliyev" mövzularına əsasən baş tutmuşdur. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin "Gənclərə verilən dəstək ", "Savadlı kadrların stimullaşdırılması" siyasətini əsas tutaraq buraxılış imtahanlarında yüksək bal toplamış və "Kiçik Akademiya"ların işlərində fərqlənən şagirdlərin stimullaşdırılması məqsədilə təltif edilmiş şagirdlər haqqında təqdimat nümayiş olunmuşdur. Elmi-praktiki konfransda 150-ə yaxın şagird, müəllim, KA rəhbələri və məktəb rəhbərləri iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi