"Kiçik Akademiya"nın riyaziyyat-fizika bölmə üzvlərinin təqdimatları müzakirə edilir

Mayın 24-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə riyaziyyat müəllimi Aynur Zeynalova və fizika müəllimi Səbikə Mustafayevanın rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə riyaziyyat və fizika bölməsi üzrə təqdimatların nümayişi oldu. Şagirdlər "Pi ədədi", "Fibonaççi ədədləri", "Anti-maddə ", "Alternativ enerji maddələri", "Bermud üçbucağı" kimi mövzular üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, müzakirələr aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi