“KİÇİK TƏDQİQATÇILAR” MÜSABİQƏSİNİN MƏKTƏBDAXİLİ MƏRHƏLƏSİNİN YEKUNU KEÇİRİLİB

Qeyd edək ki, II-IV sinif şagirdlərinin iştirakı ilə təşkil olunan müsabiqənin məktəbdaxili mərhələsində komandalar onlara təqdim olunmuş mövzulardan birini seçməklə tədqiqat işi aparmışdır. Müvafiq mövzular üzrə tədqiqat işi hazırlayan şagirdlərin təqdimatları dinləndi və yekunda qalib gələn şagirdlərdən ibarət komanda yaradıldı. Seçilmiş komandanın tədqiqat işləri müsabiqənin növbəti mərhələsində dinlənəcək. Müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etməkdir. Həmçinin tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi