"Kiçik Akademiya"nın fəaliyyəti davam edir

Mayın 8-də "Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialını üzə çıxartmaq, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərmək, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətini istiqamətləndirmək, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünü inkişaf etdirmək, yerli və beynəlxalq olimpiadalara hazırlamaq məqsədilə fizika müəllimi Səbikə Mustafayevinin rəhbərliyi altında “Kiçik Akademiya”nın üzvləri ilə fizika bölməsi üzrə təqdimatların nümayişi oldu.  Şagirdlər "Nanotexnologiya", "Kainatın yaranması" və "Qara dəlik" mövzuları üzrə məruzələr etdilər, təqdimatlar nümayiş olundu, maraqlı müzakirələr aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi